IQNA

İndoneziya parlamenti İslami təqvimin yazılmasını dəstəklədi

20:23 - June 17, 2018
Xəbər sayı: 3483333
İndoneziya milli məclisinin parlament rəisi bu ölkə üçün Astronomiya elminə əsaslanan rəsmi İslam təqviminin yazılmasını dəstəklədiyini bildirdi.

İndoneziya parlamenti İslami təqvimin yazılmasını dəstəklədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziya milli məclisinin parlament rəisi bu ölkə üçün Astronomiya elminə əsaslanan rəsmi İslam təqviminin yazılmasını dəstəklədiyini bildirdi.

O vurğulayıb ki, ölkə üçün belə bir təqvim yazılarsa, mübarək Ramazan ayının başlanması və sona yetməsi barədə olan çəkişmələr və mübhəm məsələlər öz həllini tapacaqdır.

İndoneziyanın parlament rəisi Zülkifl Həsən hazırda alimlərin gələcək yüz ildə "xüsuf" (ay tutulması) və "küsuf"lar (gün tutulması) barədə dəqiq proqnoz verdiklərini öncə çəkərək dedi: Astronomiyada əldə edilmiş yeni uğurlar bu imkanı yaradıb ki, hər ayın yeni hilalı barədə dəqiq proqnozlar verilsin.

İndoneziyada İslami işlər nazirliyi tərəfindən təyin edilmiş nümayəndələr mübarək Ramazan ayı və Fitr bayramı ərəfəsində toplanırlar və bu iki mövzu barədə qərar qəbul edirlər. Amma müxtəlif məzhəbi təşkilatların bu hadisəni müxtəlif metodlarla araşdırması bais olur ki, alınan nəticələr ixtilaflı olsun.

Buna görə də İndoneziyanın milli məclisinin İslami və ictimai işlərə nəzarət edən səkkinci komissiyası tərəfindən vahid İslami təqvim yazılması məsələsi parlamentdə müzakirəyə çıxarıldı və parlament rəisi tərəfindən dəstəkləndi.

http://iqna.ir/fa/news/3723297  

captcha