IQNA

Mosulda İŞİD ünsürləri ələ keçirildi

22:53 - June 17, 2018
Xəbər sayı: 3483334
İŞİD terror təşkilatının ünsürləri Mosul şəhərinin qərbində Şeyx Məhəmməd kəndi ərazisində Dəclə çayı sahillərində ələ keçiriliblər.

Mosulda İŞİD ünsürləri ələ keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   bu gün, həftənin bazar günü, 17 iyun 2018-ci il, İraqın Mosul əyalətində təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatının üzvlərini yaxalayıblar.

İraqın təhlükəsizlik nazirliyi bu barədə xəbər verərək elan etdi: Neynəva əlayətinin Rəşidiyyə şəhərinin mərkəzi polis qərargahı bu gün səhər İŞİD terrorçuları ilə üzləşiblər. Onlar Məkhul, Bici və Təlkif rayonlarında İraq silahlı qüvvələrinə qarşı vuruşan İŞİD terrorçularından bir dəstəsini əsir götürüblər.

Bəyaniyyədə deyilir: İŞİD terror təşkilatının ünsürləri Mosul şəhərinin qərbində Şeyx Məhəmməd kəndi ərazisində Dəclə çayı sahillərində ələ keçiriliblər.

Qeyd edək ki, İraqın silahlı qoşunları və təhlükəsizlik qüvvələri bir neçə müddətdir ki, ölkənin bütün rayonlarında İŞİD terrorçularına qarşı genişmiqyaslı təmizləmə əməliyyatlara başlayıblar.

http://iqna.ir/fa/news/3723345

Teqlər: iqna ، İŞİd ، İraq ، mosul
captcha