İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın "Kərbəla Mükafatı" milli Quran yarışlarının ilkin mərhələsi sabah, həftənin üçüncü günü, 20 İyun 2018-ci il, Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının "Seyyidül-Övsiya" salonunda öz işinə başlayacaq.
Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Darul-Quranil-Həkim" idarəsi bu barədə bəyaniyyə yayaraq elan edib ki, bu mərkəz Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə "Kərbəla Mükafatı" Qurani-Kərim yarışları keçirməyə tam hazırdır.
Bu bəyaniyyədə deyilir ki, İraqın "Kərbəla Mükafatı" milli Quran yarışlarının ilkin mərhələsi sabah, həftənin üçüncü günü, 20 İyun 2018-ci il, Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının "Seyyidül-Övsiya" salonunda öz işinə başlayacaq. Yarışlar gələn həftənin ikinci gününədək davam edəcəkdir. Yarışların final mərhələsi gələn həftənin ikinci günü yazılışı şəkildə Qurani-Kərimin hifzi və təfsiri üzrə keçiriləcəkdir.
İyunun 26-dək davam edəcək yarışın qaliblər dəyərli hədiyyələrlə - 1-ci yer; Ümrə Həcc ziyarəti, 2-ci yer; Məşhəd ziyarəti və 3-cü yer; 500 min İraq dinarı - ilə mükafatlandırılacaq.