IQNA

Yəmən qoşunları səudiyyəliləri əl-Hüdeydə hava limanına girməyə qoymadı

23:19 - June 19, 2018
Xəbər sayı: 3483344
Yəmənin xalq könüllüləridən ibarət dəstələr və silahlı qüvvələr işğalçı qoşunlarının əl-Hüdeydə hava limanına tərəf irəliləməsinin qarşısını alaraq təcavüzkarları nakam qoyublar.

Yəmən qoşunları səudiyyəliləri əl-Hüdeydə hava limanına girməyə qoymadıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   Yəmən silahlı qüvvələri işğalçı Səudiyyə qoşunlarının əl-Hüdeydə hava limanına tərəf irəliləməsinin qarşısını aldı.

Yəmənin milli müqavimət hərəkatı olan ƏNSARULLAH təşkilatının siyasi şurasının üzvü xəbər verib ki, Yəmənin xalq könüllüləridən ibarət dəstələr və silahlı qüvvələri işğalçı qoşunlarının əl-Hüdeydə hava limanına tərəf irəliləməsinin qarşısını alaraq təcavüzkarları nakam qoyublar.

Məhəmməd əl-Büxəti - Yəmənin milli müqavimət hərəkatı olan ƏNSARULLAH təşkilatının siyasi şurasının üzvü peyk televiziyalarından yayımlanan çıxışında dedi: əl-Hüdeydə hava limanının cənubunda döyüşlər gedir. Səudiyyə koalisiyasının silahlı qüvvələri havadan və yerdən hücum edirlər.

O vurğuladı: Düşmənin hava hücumlarına baxmayaraq silahlı qüvvələri işğalçı qoşunlarının əl-Hüdeydə hava limanına tərəf irəliləməsinin qarşısını alıb və düşmənə ağır zərbələr endirə biliblər. Düşmən bu cəbhədə ağır itki verməli olub.   

http://iqna.ir/fa/news/3723850  

captcha