IQNA

Almaniyanın əmək bazarında müsəlmanlara qarşı ayrı-seçkilik

12:13 - June 20, 2018
Xəbər sayı: 3483348
Almaniyada aparılan sosial bir araşdırmanın nəticəsləri göstərib ki, bu ölkənin iş və əmək bazarında müsəlmanlara və qaradərililərə qarşı irqi və dini ayrı-seçkilik vardır.

Almaniyanın əmək bazarında müsəlmanlara qarşı ayrı-seçkilikİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Almaniyada aparılan sosial bir araşdırmanın nəticəsləri göstərib ki, bu ölkənin iş və əmək bazarında müsəlmanlara və qaradərililərə qarşı irqi və dini ayrı-seçkilik vardır.

Bu barədə İQNA-ya İran İslam Respublikasının Berlindəki Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən məlumat daxil olub.

Məlumatda deyilir ki, "Berlin Sosial Araşdırmalar Elmlər Mərkəzi"nin son hesabatına görə, Almaniyanın iş və əmək bazarında irqi və dini ayrı-seçkilik baş alıb gedir. Həmçinin iş bazarında Almaniyada anadan olan gəlmələr ilə sonradan bu ölkəyə gələnlər arasında da fərq qoyulur. Belə ki, valideynləri digər Avropa və Asiya ölkələrindən olan, amma Almaniyada doğulan cavanlar bu problem ilə daha az üzləşirlər. Amma İslam ölkələri və ya Afrika ölkələrindən olan şəxslər üçün iş fürsətləri çox azdır. Bunun əsas səbəbi kimi isə mədəniyyətlərin fərqliliyi göstərilir.

Sözü gedən araşdırma mərkəzi Almaniyada yaşayan 34 ölkənin nümayəndələri arasında araşdırma apardıqdan sonra bu hesabatı yayıb. Həmin mərkəz 2014-ci ildən 2016-cı ilədək müxtəlif iş mərkəzlərinə saxta iş tələbi sənədləri göndərib. Həmin sənədlərdə iş axtaran şərti insanların dini İslam, iqri Asiya və ya Afrika ölkələri kimi göstərilib. Həmin sənədlərdə miqrant olmayan iş axtaranlara işə alma mərkəzləri tərəfindən 60% müsbət cavab verilib. Amma eyni şərtlərə malik miqrantların 51% müsbət cavab alıb. Bu nəticəyə görə, iş axtarışında olan müsəlman və qaradərili insanlar almaniyalı və məsihilər ilə müqayisədə 7% az qəbul olunurlar. Bu o halda baş verir ki, həmin ayrı-seçkilik digər müsəlman olmayan digər asiyalı millətlərə qarşı həyata keçirilmir.

http://iqna.ir/fa/news/3724043      

 

captcha