IQNA

Tunisli həkim:

Cərrahiyyə otağında əməliyyatdan öncə Quran oxuyuram

7:26 - June 22, 2018
Xəbər sayı: 3483358
Baxmayaraq ki, bu şəxsi məsələdir, amma Buğəlab bilsin ki, mən hər bir əməliyyatdan öncə Həmd surəsini və əzbərdən zehnimdə olan Quran ayələrini tilavət edirəm.

Cərrahiyyə otağında əməliyyatdan öncə Quran oxuyuramİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisli ürək cərrahı Dr. Zakir Lühəyzəb Tunisin milli futbol komandasının Rusiya dünya çempionatında (DÇ 2018) İngiltərə ilə oyunöncəsi Quran oxumasını tənqid edən jurnalistə cavab olaraq deyib: Mən cərrahiyyə otağında hər əməliyyatdan öncə Quran tilavət edirəm.

Tunisli juranlist Məhəmməd Buğəlabın milli komandanın oyunçularının Quran oxumasını təndiq edən və sual altında qoymaq istəməsinə münasibət bildirən ürək cərrahı əlavə edib: Baxmayaraq ki, bu şəxsi məsələdir, amma Buğəlab bilsin ki, mən hər bir əməliyyatdan öncə Həmd surəsini və əzbərdən zehnimdə olan Quran ayələrini tilavət edirəm.

Öz şəxsi FACEBOOK səhifəsində məsələyə reaksiya verən ürək həkimi vurğulayıb: Mən neçə saat çəkən, ağır və uzun əməliyyatlardan sonra da şükr səcdəsi edirəm.

O əlavə edir: Bu cür şəxslər dini kimlərinsə qələbə və ya məğlubiyyətinə düyünləsinlər, amma belə deyil. Onlar bilməlidirlər ki, din siyasət deyil, onunla oyun oynasınlar. Mən ABŞ-da dünyanın ən böyük tibbi konfransında da çıxışımdan öncə Həmd surəsini qiraət etdim.  

Qeyd edək ki, tunisli jurnalist Məhəmməd Buğəlab bu ölkənin milli komandası Rusiya DÇ-2018 futbol yarışlarında İngiltərə millisinə 2:0 uduzduqdan sonra komandanın məşqçisi Nəbil Məlula deyib ki, hacı, saleh, sufi və dindar olmaq yarışlarda qələbə qazanmaq üçün önəmli deyil, önəmli olan budur ki, siz bir mürəbbi kimi lazım olan taktikanı yaxşı bilməli, rəqibini yaxşı tanımalı  və zamanında lazım olan dəyişikliyi etməlisiniz.  

http://iqna.ir/fa/news/3724341

Teqlər: iqna ، tunis ، futbol ، din ، rusiya dç
captcha