IQNA

Almaniyalı qəlbinurun Quran öyrənmək eşqi

0:26 - July 10, 2018
Xəbər sayı: 3483441
Almaniyada yaşayan on bir yaşlı "qəlbinur" (görmə qüsuru olan) xanım üç ay çalışqanlıq və məşğələlər ilə Qurani-Kərimi Bril əlifbası ilə üzünə oxumağı öyrəndi.

Almaniyalı qəlbinurun Quran öyrənmək eşqiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada yaşayan on bir yaşlı "qəlbinur" (görmə qüsuru olan) xanım üç ay çalışqanlıq və məşğələlər ilə Qurani-Kərimi Bril əlifbası ilə üzünə oxumağı öyrəndi.

Türkiyə əsilli on bir yaşlı "qəlbinur" xanım Nuray Sarıkaya Almaniyanın Dyuzborg şəhərində yaşayır. O, Qurani-Kərimi oxumağı və öyrənməyi çox sevir və bu müqəddəs kitabı öyrənmək üçün çox həvəsli və maraqlıdır. Quran oxumaqda daha çox məharət qazanmaq üçün çox çalışır.

Almaniyada yaşayan bu türk əsilli azyaşlı qəlbinur xanım Qurani-Kərimin təlimi kurslarına yazılaraq üç ay ərzində Bril əlifbası ilə Quran oxumağı öyrənib.

Nuray Sarıyanın arzusu bu təlimləri davam etdirmək və Qurani-Kərimi hifz etmək və əzbərləmək üçün çalışmaqdır.   

http://iqna.ir/fa/news/3728738

Teqlər: nuray ، sarıkaya ، qəlbinur ، quran hafizi ، bril ، iqna
captcha