IQNA

İsrail "Knesset" nümayəndələri Əqsa məscidinə soxuldular

0:37 - July 10, 2018
Xəbər sayı: 3483442
İşğalçı və terrorist rejimi olan İsrail parlamentinin (knesset) üzvləri sionist silahlı qüvvələrinin müşayəti ilə Əqsa məscidinə soxulublar.

İsrail İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı və terrorist rejimi olan İsrail parlamentinin (knesset) üzvləri sionist silahlı qüvvələrinin müşayəti ilə Əqsa məscidinə soxulublar.

İşğalçı, terrorist və sionist yəhudi rejimi İsrailin baş naziri Binyamin Netanyahunun parlament üzvlərinin və dövlət nazirlərinin Əqsa məscidinə giriş qadağasını ləğv edəndən sonra israilli "knesset" nümayəndələrindən üç nəfəri dünən, həftənin birinci günü, 9 İyul 2018-ci il, təhrikedici bir hərəkətlə sionist silahlı qüvvələrinin dəstəyi ilə müqəddəs Əqsa məscidinə soxulublar.

Onlardan bir gün öncə isə terrorist və sionist yəhudi rejimi İsrailin kənd təsərrüfatı naziri və onu müşayət edən heyət Əqsa məscidinə girmişdilər.

Keçən həftə sionist yəhudi mediaları elan etmişdilər ki, sionist yəhudi rejimi İsrailin baş naziri Binyamin Netanyahu parlament üzvləri və nazirlərə Əqsa məscidinə giriş icazəsi verib.

Qeyd edək ki, sionist yəhudi rejimi İsrailin baş naziri Binyamin Netanyahu iki il bundan öncə parlament üzvləri və nazirlərə Əqsa məscidinə girməyi qadağan etmişdi.     

http://iqna.ir/fa/news/3728765  

captcha