İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin 36 yaşlı vətəndaşı Səlamə Səlamuni yeddi ay müddətində bütün Qurani-Kərimi əl ilə kitabət etməyə müvəffəq olub.
Misrin Asyut əyalətinin Mənfəlut şəhərinin sakini olan bu cavan çapxana və nəşriyyat işçisidir. O, Qurani-Kərimin ayələrini keçən ilin Dekabr ayında yazmağa başlayıb və cari ilin İyun ayının sonunda bütün Qurani-Kərimi başa vurub.
Səlamə Səlamuni hazırda əl ilə kitabət etdiyi Qurani-Kərimin çap versiyasını hazırlmaq və nəşr etmək barədə işlər görür. O istəyir ki, yazdığı nüsxə əl-Əzhər İslam Mərkəzi tərəfindən rəsmi şəkildə çap edilsin.