IQNA

Venezuelada İran və İslami kitabların sərgisi – Foto

11:52 - July 18, 2018
Xəbər sayı: 3483492
Venezuelanın hər ildə keçirilən silsilə kitab sərgilərindən biri olan "FİLVEN" kitab sərgisi hər il ölkənin paytaxtı Karakas şəhərində başlayır və sonra digər şəhərlərdə davam edir.

Venezuelada İran və İslami kitabların sərgisi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Venezuelanın San Felipe şəhərində keçirilən beynəlxalq kitab sərgisində İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsi də iştirak edib.

Venezuelanın San Felipe (Yarakvay) əyalətinin eyni adlı mərkəzi şəhərində keçirilən 4 günlük (16 – 20 İyul) ümumi kitab sərgisində xarici ölkələrin və Venezuelanın ən yaxşı naşirləri iştirak edirlər.

İran İslam Respublikasının Venezuelanın paytaxtı Karakasdakı Mədəniyyət Əlaqələri İdarəsi bu sərgiyə xüsusi qonaq olara dəvət alıb.

Venezuelanın hər ildə keçirilən silsilə kitab sərgilərindən biri olan "FİLVEN" kitab sərgisi hər il ölkənin paytaxtı Karakas şəhərində başlayır və sonra digər şəhərlərdə davam edir.

İran İslam Respublikasının Venezueladakı Mədəniyyət Əlaqələri İdarəsi, İran İslam Respublikasının Mədəniyyət Mübadiləsi Mərkəzi   və Latın Amerikasının Kakarasda yerləşən İslam Mərkəzi bu sərgidə əməkdaşlıq edərək İslam dini və İran barədə kitabları və digər mədəniyyət və incəsənət əsərlərini nümayiş ediblər.

Sərgidə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi  İran, İslam, uşaqlar və yeniyetmələr barədə yazılmış kitablar ilə iştirak edib.

http://iqna.ir/fa/news/3731149   

 

نمایش آثار اسلامی ایرانی در ونزوئلا+عکس

نمایش آثار اسلامی ایرانی در ونزوئلا+عکس

نمایش آثار اسلامی ایرانی در ونزوئلا+عکس

 

 

 

Teqlər: iqna ، sərgi ، nümayiş ، iran ، venezuela
captcha