İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Venezuelanın San Felipe şəhərində keçirilən beynəlxalq kitab sərgisində İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsi də iştirak edib.
Venezuelanın San Felipe (Yarakvay) əyalətinin eyni adlı mərkəzi şəhərində keçirilən 4 günlük (16 – 20 İyul) ümumi kitab sərgisində xarici ölkələrin və Venezuelanın ən yaxşı naşirləri iştirak edirlər.
İran İslam Respublikasının Venezuelanın paytaxtı Karakasdakı Mədəniyyət Əlaqələri İdarəsi bu sərgiyə xüsusi qonaq olara dəvət alıb.
Venezuelanın hər ildə keçirilən silsilə kitab sərgilərindən biri olan "FİLVEN" kitab sərgisi hər il ölkənin paytaxtı Karakas şəhərində başlayır və sonra digər şəhərlərdə davam edir.
İran İslam Respublikasının Venezueladakı Mədəniyyət Əlaqələri İdarəsi, İran İslam Respublikasının Mədəniyyət Mübadiləsi Mərkəzi və Latın Amerikasının Kakarasda yerləşən İslam Mərkəzi bu sərgidə əməkdaşlıq edərək İslam dini və İran barədə kitabları və digər mədəniyyət və incəsənət əsərlərini nümayiş ediblər.
Sərgidə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi İran, İslam, uşaqlar və yeniyetmələr barədə yazılmış kitablar ilə iştirak edib.
http://iqna.ir/fa/news/3731149