IQNA

HƏMAS:

Knessetin qərarı sionist rejimin rasistliyini qanuniləşdirməkdir

23:38 - July 19, 2018
Xəbər sayı: 3483497
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın sözçüsü bildirib: Sionist rejim Knessetində "Yəhud ölkəsi" layihəsinin təsdiqlənməsi sionist rejimin irqçiliyini qanuniləşdirmək mənasındadır.
Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Sahartv-yə istinadla xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, HƏMAS-ın sözçüsü Fovzi Berhum deyib: "Yəhud ölkəsi" qanunu fələstinlilərin mövcudluğu onların öz ərazilərindəki tarixi hüququnu təhlükəyə atır və fələstinlilərin ərazilərinin açıq-aşkar şəkildə qəsb və müsadirə edilməsinə səbəb olacaq. 

"Əgər region ölkələrinin sükutu və Fələstin xalqına qarşı sionist rejimin cinayətlərinə ABŞ-ın məhdudiyyətsiz dəstəyi olmasaydı, heç vaxt belə qərarlar təsdiqlənməzdi" deyən Berhumun sözlərinə görə, bu qərar bütövlükdə batildir, Fələstin xalqı bu ərazinin əsas sahibidir və sahibi olacaqdır. 

Fələstin Azadlığı Uğrunda Təşkilat SAF-ın icraiyyə komitəsinin baş katibi Saib Əriqat da deyib: Bu qanun etnik təmizləməyə əsasən bünövrəsi qoyulan müstəmləkəçilik irsinin davamıdır. Bu qanun tarixi bir ərazinin əsas sakinlərinin hüquqlarını qəsdən görməməzliyə vurur. 

Fələstin İslam Cihadı Hərəkatının yüksək səviyyəli üzvü Yusif əl-Həsayənə də deyib: Knessetin yeni qərarına əsasən İsrailin siyasəti 1948-ci ildə işğal olunmuş ərazilərdə fələstinlilərin məhvini izləyir. Bu məkrli planla mübarizə üçün yerli və regional səylər birliyi tələb edir. 

Sionist rejim bu gün cümə axşamı günü işğal olunmuş bütün Fələstinin sadəcə sionistlərə aid ərazi olduğunu elan edən, fələstinliləri vətəndaşlıq və insan haqlarından məhrum edən "Yəhud ölkəsi" layihəsini 62 lehinə, 55 əleyhinə və 2 bitərəf səslə təsdiqləyib. 
 
captcha