IQNA

Ərəbistanda xanımlara qiraət şəhadətnaməsi veriləcək

21:37 - July 23, 2018
Xəbər sayı: 3483522
Ərəbistanın Cəddə şəhərinin "Xeyrukum" Qurani-Kərimin hifzi cəmiyyətinin qadınlar bölməsi bu şəhərdə yaşayan 15 qadına Quran qariliyi şəhadətnaməsi verib.

Ərəbistanda xanımlara qiraət şəhadətnaməsi veriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında Qurani-Kərimin peşəkar qiraətini bacaran xanımlara qarilik şəhadətnaməsi veriləcək.

Bu barədə artıq ilk addım Cəddənin dini və Qurani lisenziyalar verən Quran hifzi cəmiyyəti tərəfindən atılmışdır. Bu cəmiyyətin əsas işi Quran mövzuları və dini məsələlərdə fəaliyyət göstərənlərin elmi səthini müəyyənləşdirmək və bu barədə lisenziya və şəhadətnamə verməkdir.  

Ərəbistanın Cəddə şəhərinin "Xeyrukum" Qurani-Kərimin hifzi cəmiyyətinin qadınlar bölməsi bu şəhərdə yaşayan 15 qadına Quran qariliyi şəhadətnaməsi verib.

Bundan əlavə həmin cəmiyyətin nəzarəti altında olan Quran müəssisələrində fərdi və qrup şəkilində təlim alan 150 qadın da Quranın qiraəti şəhadətnaməsini almağa namizəddirlər.

"Xeyrukum" Qurani-Kərimin hifzi cəmiyyəti şəhadətnamə almaq istəyən xanım qarilərdən əyani, telefon və ya "online" olaraq imtahan alır.

http://iqna.ir/fa/news/3732739

captcha