IQNA

Quran fəalları olan iraqlı xanımlar İQNA-ya baxış keçirdilər

7:39 - August 07, 2018
Xəbər sayı: 3483610
İraqın din, Quran və mədəniyyət sahəsində fəaliyyət göstərən "Zeynəbiyyat müəssisəsi"nin bir qrup xanımları dünən, həftənin birinci günü, 6 Avqust 2018-ci il, İQNA-nı ziyarət ediblər.

Quran fəalları olan iraqlı xanımlar İQNA-ya baxış keçirdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın din, Quran və mədəniyyət sahəsində fəaliyyət göstərən "Zeynəbiyyat müəssisəsi"nin bir qrup xanımları dünən, həftənin birinci günü, 6 Avqust 2018-ci il, İQNA-nı ziyarət ediblər.

İraqın HİZBULLAH batalyonuna bağlı "Zeynəbiyyat" müəssisəsi din, mədəniyyət və Quran fəaliyyətləri sahəsində çalışır. Bu müəssisənin bir qrup Quran fəalı olan xanımları dünən İQNA-nın media proqramları, fəaliyyətləri və xəbərlərin hazırlanması və nəşri  ilə tanış olublar.

Görüş zamanı qonaqlara İQNA-nın Quran, din, mədəniyyət, siyasət, iqtisadiyyat, region hadisələri, beynəlxalq dini xəbərlər, müxtəlif sahələrin mütəxəssisləri ilə müsahibələr və digər proqramlarının gedişatı barədə məlumat verilib.

"Zeynəbiyyat" mədəniyyət müəssisəsinin idarə heyətinin məsulu Ümmü Cəfər Saidi görüş zamanı məsulu olduğu müəssisəsinin barəsində məlumat verərək dedi: Bu müəssisə mədəniyyət sahəsində çalışır, bir neçə bölmədən ibarətdir ki, bu bölmələrdən də biri Quran fəaliyyətləri üzrə bölmədir. Quran fəaliyyətləri üzrə həyata keçirilən proqramlardan biri də Quran tilavətinin qayda və hökmləri və Quran hifzi təlimidir. Müəssisənin "Nurul-Mübin" adına Quran mərkəzi vardır ki, bu mərkəzdə 90 nəfər qız uşağı Quran öyrənir. Həmçinin xanımlarımız Nəcəfdə keçirilən milli Quran yarışlarında və Bağdadda keçirilən Əbu Hənifə adına milli Quran yarışlarında uğurlar əldə ediblər.

O əlavə etdi: Bu görüşdən sonra çalışacayıq ki, fəaliyyətlərimiz təkcə Quran tilavəti və hifzlə məhdudlaşmasın və İQNA-nın Quran fəaliyyətləri təcrübəsindən istifadə edəcəyik.  

Saidi vurğuladı: Müəssisənin xanımları ƏRBƏİN, Qüds günü və digər məzhəbi proqramların keçirilməsində və eləcədə beynəlxalq hadisələrə münasibət bildirməkdə də yaxından iştirak edirlər.

Bu görüş barədə fotoreportaja qarşıdakı linkdən baxa bilərsiniz: ZEYNƏBİYYAT         

http://iqna.ir/fa/news/3736322

captcha