IQNA

Hacılara 7 milyon şüşə ZƏMZƏM suyu paylanılacaq

8:14 - August 07, 2018
Xəbər sayı: 3483612
Zəmzəm suyu Məkkə şəhərinin bir neçə dini mərkəzində, Cəddə şəhərində və hacıların Ərəbistanda giriş nöqtələrində Həcc mərasimindən öncə və sonra hacılara paylanılır.

Hacılara 7 milyon şüşə ZƏMZƏM suyu paylanılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu ilin Həcc mərasimi günlərində hacılara ZƏMZƏM bulağının suyundan hazırlanmış 7 milyon 500 min şüşə su hədiyyə ediləcək.

Zəmzəm bulağının suyu ilə doldurulmuş su şüşələrinin paylanılmasını ZƏMZƏM kompleksinin idarə heyəti öz üzərinə götürmüşdür.

Zəmzəm suyu Məkkə şəhərinin bir neçə dini mərkəzində, Cəddə şəhərində və hacıların Ərəbistanda giriş nöqtələrində Həcc mərasimindən öncə və sonra hacılara paylanılır.

ZƏMZƏM kompleksinin idarə heyətinin bildirdiyinə görə, bu ilin Həcc mərasimində Məkkə və Cəddə şəhərlərində 130 nəfər çox işçi qüvvə bu su şüşələrini paylayacaqlar.

Qeyd edək ki, Zəmzəm quyusu Məkkə şəhərində Kəbə evinin yaxınlığında yerləşir. Hər iil milyolarla zəvvar Həcc əməllərini icra edərkən bu quyunun suyundan içirlər. Keçən il hacılara 3 milyon şüşə zəmzəm suyu paylanılıb.  

http://iqna.ir/fa/news/3736436

Teqlər: iqna ، zəmzəm ، həcc ، hacı
captcha