IQNA

Qazaxıstan məscidləri sökülmək təhlükəsi ilə üz-üzə

19:18 - August 07, 2018
Xəbər sayı: 3483614
Qazaxıstanda xalqın öz şəxsi imkanları çərçivəsində tikdiyi məscidlər sökülə bilər. Buna səbəb isə dövlətdən həmin məscidlərin fəaliyyəti üçün lazım olan sənədlərin alına bilməməsidir.

Qazaxıstan məscidləri sökülmək təhlükəsi ilə üz-üzəİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanda xalqın öz şəxsi imkanları çərçivəsində tikdiyi məscidlər sökülə bilər. Buna səbəb isə dövlətdən həmin məscidlərin fəaliyyəti üçün lazım olan sənədlərin alına bilməməsidir.

Bu məməsələ ölkənin Dini İdarəsi ilə inşaat sektorunun nümayəndələri arasındakı görüşdə müzakirə edilib.

Məlumata görə, Çimkənd şəhəri və Türküstan bölgəsində belə məscidlərin sayı 800-ə yaxındır.

Qazaxıstan Şəhərsalma və Tikinti Planlanma İdarəsinin məlumatına görə, son 13 ildə cəmi 8 məscidin inşasına rəsmi icazə verilib. Digər məscidlər isə qeyri-qanuni tikinti adlandırılıb və söküləcəkləri barədə xəbərdarlıq edilib.

Dövlət rəsmilərindən biri bu barədə deyib ki, icazəsiz və qanunsuz məscid tikənlər öz əlləri ilə tikdikləri məscidləri sökməlidirlər. Dövlətdən icazə almadan heç kim məscid tikə bilməz.

Qeyd edək ki, cari ilin Aprel ayında ibadət mərkəzləri ilə bağlı qanuna edilən dəyişikliklərdə məktəblərə 300 metr məsafədəki məscidlərin sökülməsi barədə də qərar verilmişdi.

http://iqna.ir/fa/news/3736540

 

 

 

Teqlər: iqna ، qazaxıstan ، məscid
captcha