IQNA

Banqladeşdə camaat imamlarına mötədillik kursları keçiriləcək

13:12 - August 10, 2018
Xəbər sayı: 3483631
Misrin Əl-Əzhər İslam Mərkəzi Banqladeş məscidlərinin camaat imamlarına mötədillik və moderasiya kursları keçmək üçün hazır olduğu barədə xəbər verib.

Banqladeşdə camaat imamlarına mötədillik kursları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Əl-Əzhər İslam Mərkəzi Banqladeş məscidlərinin camaat imamlarına mötədillik və moderasiya kursları keçmək üçün hazır olduğu barədə xəbər verib.

Misrin Əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib həftənin üçüncü günü, 8 Avqust 2018-ci il, Banqladeşin "Əllamə Rumi Cəmiyyəti"nin rəisi Sufi Mizan Rəhman ilə görüşdünə müsəlmanlar arasında mötədillik və moderasiyanın yayılması məqsədi ilə bu ölkənin camaat imamlarına təlim kursu keçməyə hazır olduqlarını bildirib.

Şeyx Əhməd Təyyib bu barədə vurğulayıb: Əl-Əzhər İslam Mərkəzi İslami moderasiyanın müsəlman ölkələrində yayılması məqsədi ilə bu mərkəzin məzunlarının beynəlxalq təşkilatının bir şöbəsini də Banqladeşdə açmağa, həmçinin Banqladeşdə Ərəb dili təlim mərkəzinin yaradılmasına və eləcə də camaat imamları və vaizlərə mötədillik kurslarının keçirilməsinə hazırdır.

http://iqna.ir/fa/news/3737211

captcha