IQNA

BMT Çinli müsəlmanlar barədə nigarandır

19:48 - August 11, 2018
Xəbər sayı: 3483640
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan Haqları Komitəsi Çinli müsəlmanların həbs edilərək gizli düşərgələrdə saxlanılmasından nigaran olduğunu deyib.

BMT Çinli müsəlmanlar barədə nigarandırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan Haqları Komitəsi Çinli müsəlmanların həbs edilərək gizli düşərgələrdə saxlanılmasından nigaran olduğunu deyib.

BMT-nin İnsan Haqları Komitəsi Çində bir milyon "Uyğur" müsəlmanın gizli düşərgələrdə saxlanıldığı barədə faktlar və sənədlər olduğunu elan edib.

BMT-nin İrqi Ayrı-seçkiliyi Aradan Qaldırma Komitəsinin üzvü bildirib ki, Çinin qərbində yerləşən Sinkyang əyalətində bir milyon Uyğur müsəlmanın gizli və siyasi düşərgələrdə saxlanıldığı barədə çox sayda fakt və sənədlərimiz var.

Bu komitənin verdiyi məlumatda deyilir ki, Uyğur muxtar vilayətində yaşayan türk müsəlmanlar dini radikalizmlə mübarizə və təhlükəsizliyin qorunması adı ilə gizli düşərgələrdə saxlanılır və bütün vətəndaşlıq hüquqlarından məhrum edilirlər.

BMT-nin İrqi Ayrı-seçkiliyi Aradan Qaldırma Komitəsinin məruzəsində deyilir ki, həmin düşərgələrdə saxlanılan yüz nəfər tələbə öldürülüb. Onların Misr və Türkiyə kimi müsəlman ölkələrində dini təhsil aldıqları qeyd edilir. Çin dövləti Uyğurlara dini və irqi zəmində düşmən gözü ilə baxır və onları dini radikallar və separatçı qruplar adlandırır.

http://iqna.ir/fa/news/3737386

Teqlər: iqna ، çin ، uyğur
captcha