IQNA

Suriyalı keşişin həyatı seriyal olacaq

23:36 - August 11, 2018
Xəbər sayı: 3483643
Hələb şəhərində anadan olmuş böyük yepiskop Kapuçinin (1922-2017) həyatını Suriyanın Tele-Radio şirkətləri proqramlarının hazırlanması müəssisəsi Basil Xətibin rejissorluğu ilə seriyal edəcək.

Suriyalı keşişin həyatı seriyal olacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin xalqının tərəfdarı və himayədarı olan Suriyalı keşiş mərhum Hilaryun Kapuçinin həyatı barədə otuz seriyalı film çəkilir.

Suriyanın Hələb şəhərində anadan olmuş xristian keşişi və böyük yepiskop Kapuçinin (1922-2017) həyatını Suriyanın Tele-Radio şirkətləri proqramlarının hazırlanması müəssisəsi Basil Xətibin rejissorluğu ilə seriyal edəcək.

Kapuçi 1965-ci ildə katolik Rumun Beytul-Müqəddəsdə olan kilsəsinin rəhbərliyini öhdəsinə götürdü. Burada işlədiyi müddətdə həmişə Fələstin müqavimətini dəstəklədi.

Sionist rejimin təhlükəsizlik qüvvələri onu 1974-cü ildə Fələstinli silahlı qruplaşmaları silah çatdırdığı üçün həbs etdi. 12 il həbsə məhkum edilən Kapuçi 4 ildən sonra Vatikanın vəsatəti ilə azad edildi. 1978-ci ildə Fələstindən Ruma sürgün edildi. Fələstin xalqını daima dəstəkləyən keşiş 2009-2010-cu illərdə Azadlıq gəmisi ilə Fələstin xalqına kömək üçün Qəzzə yola düşdü.

Keşiş Kapuçi üç il öncə, 94 yaşında ilən İtaliyanın paytaxtı Rum şəhərində dünyasını dəyişdi. Onun həyatı barədə çəkiləcək seriyal gələn ilin Ramazan ayında ekran ediləcək.   

http://iqna.ir/fa/news/3737384  

Teqlər: keşiş ، rum ، italiya ، suriya ، fələstin ، iqna
captcha