IQNA

ŞİƏ olduğu üçün işgəncə edilən Amerikalı + VİDEO

9:16 - August 13, 2018
Xəbər sayı: 3483648
Skat Jon Vitkoviç əslən Çexiyadandır. O, Amerikanın Harvard universitetinin tibb fakültəsinin ən yaxşı tələbələrindən və müəllim işlədiyi zamanlarda Ph.D pilləsində yazılan elmi işlərin müşaviri olub.

ŞİƏ olduğu üçün işgəncə edilən Amerikalı + VİDEOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Skat Jon Vitkoviç (Scott John Whittekovich) əslən Çexiyadandır. O, Amerikanın Harvard universitetinin tibb fakültəsinin ən yaxşı tələbələrindən və müəllim işlədiyi zamanlarda Ph.D pilləsində yazılan elmi işlərin müşaviri olub.

Skat Jon İslam dini barədə araşdırmalarından sonra müsəlmanlığı qəbul edir, Əhli-Beyt (ə) məktəbinin haqq olduğunu öyrənir və şiə olur.

Onun İslamı qəbul edərək şiə olduğunu altı aydan sonra öyrənən Amerikanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilir və terrorçu və gələcəkdə cinayət edə biləcəyi ehtimalı ilə işgəncələrə məruz qalır. Onun bütün maddi sərvəti müsadirə edilir və elmi postları əlindən alınır.

Yeddi il yarım işsiz qalır, tez-tez həbs edilərək təhqir edilir, soyuqda saxlanmaq və ayaqlarına ağır zəncirlər bağlanmaq kimi işgəncələrə dözür, amma İslamdan çıxaraq işinə dönmək təklifini qəbul etmir. Bundan sonra isə Amerikadan çıxarılır və Çexiyaya göndərilir. Həbsdən azad olduqdan sonra isə İrana gəlir.

O deyir: "Nəhcül-Bəlağə"dən imamdan (ə) belə bir cümlə yadımda idi: "Dözməyə gücün yoxdursa da, özünü dözümlü göstər, şayəd həmin dözümlü olmağı əldə etdin", - həbsdə olduğum zaman həmişə bu cümləni fikirləşirdim və dözürdüm, bu isə onları əsəbiləşdirirdi.

Bu barədə videonu qarşıdakı linkdən endirə bilərsizniz: ŞİƏ olduğu üçün işgəncə edildi

http://iqna.ir/fa/news/3737999

captcha