IQNA

Rungiya müsəlmanları Hindistandan da qovulur

17:30 - August 13, 2018
Xəbər sayı: 3483651
Hindistanın işğalı altında olan Cammu Kəşmir bölgəsində yaşayan Rohinca müsəlmanlarının qovulması tələb edilir.

Rungiya müsəlmanları Hindistandan da qovulurİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın işğalı altında olan Cammu Kəşmir bölgəsində yaşayan Rohinca müsəlmanlarının qovulması tələb edilir.

Maide.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bunu Hindistanın milliyətçi rəhbəri Rajiv Mahajan hökumətdən tələb edib.
 
O, rohincaların bölgədə milli və regional təhlükə yaratdığını əsas gətirərək onların ölkədən çıxarılmasını istəyib: “Hər an partlayacaq “yanar dağın” üzərində otururuq. Mərkəzi və yerli hökumət qanunsuz miqrantları müəyyənləşdirməli və deportasiya etmək üçün çalışmalıdır. Rohincalar xalqımız üçün təhlükədir”.
 
Qeyd edək ki, Myanmada buddist hökumətin zülmündən qaçan rohincalar Banlqadeşlə yanaşı, Cammu Kəşmir bölgəsində meşəlik ərazilərə sığınmışdı.
Teqlər: ruhingiya ، hindistan ، iqna
captcha