IQNA

Radikal fətvaların müəllifi həbs edildi

17:46 - August 13, 2018
Xəbər sayı: 3483652
Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri bu ölkənin məşhur vəhabi şeyxi, vəhabiliyin təbliğatçısı və radikal fətvaların müəllifi olan Şeyx Nasir Öməri müqəddəs Məkkə şəhərində həbs edib.

Radikal fətvaların müəllifi həbs edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri bu ölkənin məşhur vəhabi şeyxi, vəhabiliyin təbliğatçısı, radikal fətvaların müəllifi və "İmam Məhəmməd ibn Səud" adına "Üsuluddin Universiteti"nin müəllimi olan Şeyx Nasir Öməri müqəddəs Məkkə şəhərində həbs edib.

Bundan öncə Səudiyyə polisi bu vəhabi şeyxini həbs edərək onun dilindən yazılı şəkildə ilzam almışdırlar ki, bir daha siyasi məsələlər barədə danışmasın və hətta işarə belə etməsin.

Ərəbistan müsəlmanlar fondunun baş katibi Şeyx Nasir Ömər indiyədək radikal və ifratçı çıxışları ilə yadda qalıb. Onun axmaq və savadsız biri olması barədə bu kifayətdir ki, "şiələrin başının kəsilməsi" və "məhrəmlərlə cihad nikahı"nın savab olması barədə fətva verib.

http://iqna.ir/fa/news/3737733

 

captcha