IQNA

İsveçdə "İmam Əli (ə), ədalətin səsi" seminarı keçiriləcək

18:14 - August 13, 2018
Xəbər sayı: 3483654
İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"ndə "İmam Əli (ə), ədalətin səsi" adlı seminar keçiriləcək.

İsveçdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"ndə "İmam Əli (ə), ədalətin səsi" adlı seminar keçiriləcək.

Cari ilin Ğədir-Xum bayramında keçiriləcək bu seminarın mövzusu Livanın məşhur xristian yazarı Corc Cordağın "İmam Əli (ə), insan ədalətinin səsi" kitabıdır.

Qeyd edək ki, Livanlı yazar Corc Cordağın qələmə aldığı "İmam Əli (ə), insan ədalətinin səsi" kitabı İran İslam Respublikasının "Merac" nəşriyyatı tərəfindən İsveç dilinə tərcümə və nəşr edilmişdir.

Kitabın tərcüməsinin naşiri, müsəlman mütəfəkkirləri, tanınmış şəxsiyyətlər və İsveçin alimləri bu kitabın mövzusu ilə keçiriləcək seminarda iştirak edəcəklər.   

http://iqna.ir/fa/news/3737716  

captcha