IQNA

80 min iranlı zəvvar Həcc diyarına ezam olunub

21:04 - August 14, 2018
Xəbər sayı: 3483661
İranın Aeroportlar və Hava Gəmiləri Şirkətinin Həcc Əməliyyatı üzrə məsul şəxsi deyib: Bazar ertəsi gününün sonuna kimi təxminən 80 min iranlı zəvvar Vacib Həcc əməllərini yerinə yetirmək üçün Mədinə və Məkkəyə ezam olunub.
Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Sahartv-yə istinadla xəbər verir ki, İranın Aeroportlar və Hava Gəmiləri Şirkətinin Həcc Əməliyyatı üzrə məsul şəxsi Seyid Mahmud Rəzəvi çərşənbə axşamı günü əlavə edib: İranlı zəvvarların gediş prosesi çərşənbə günü başa çatacaq və ümumilikdə 85 min iranlı zəvvar Vacib Həcc əməllərini yerinə yetirmək üçün Vəhy diyarına ezam olunacaq.

İranın Aeroportlar və Hava Gəmiləri Şirkətinin Həcc Əməliyyatı üzrə məsul şəxsinin sözlərinə görə, iranlı zəvvarların Vəhy diyarına gediş prosesi 15 aeroportda başa çatıb.

Bu il təxminən 85 min iranlı zəvvar Həcc əməllərini yerinə yetirmək üçün vəhyd diyarındadır və onların nəqli İranın 19 aeroportundan icra olunub.

      
captcha