IQNA

İŞİD-in Rusiyalı üzvlərinə həbs hökmü oxundu

0:43 - August 15, 2018
Xəbər sayı: 3483667
İŞİD terror qruplaşmasının tərkibində döyüşmüş və bu terror təşkilatı üçün fəaliyyət göstərmiş iki nəfər Rusiya vətəndaşına həbs hökmü oxundu.

İŞİD-in Rusiyalı üzvlərinə həbs hökmü oxunduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD terror qruplaşmasının tərkibində döyüşmüş və bu terror təşkilatı üçün fəaliyyət göstərmiş iki nəfər Rusiya vətəndaşına həbs hökmü oxundu.  

Rusiya federasiyasının Kemerovo əyalətinin əyalət məhkəməsi dünən, həftənin ikinci günü, 14 Avqust 2018-ci il, İŞİD terrorist qruplaşmasına qoşulmuş qadına 8 il 10 ay həbs hökmü oxudu.  

Bu qadının vəzifəsi sosial şəbəkələr vasitəsi ilə rus qızlarını İŞİD sıralarına cəzb etmək olub. O, 2013-cü ildə Türkiyə yolu ilə Suriyaya gedib və İŞİD üzvü olan əri ilə bir müddət Hələbdə yaşayıblar. Əri cəhənnəmə vasil olandan sonra isə özü Rusiyaya qayıtmış və fəaliyyətini sosial şəkədə üzərindən davam etdirmişdir.

Rusiyanın Qafqaz regionunun şimalında keçirilən digər bir məhkəmədə isə İŞİD üzvü olan bir kişi 9 il həbsə məhkum edilib.  

http://iqna.ir/fa/news/3738605

 

 

Teqlər: iqna ، İŞİd ، rusiya
captcha