IQNA

İQNA-nın dünən üçün xəbərlərinin xülasəsi

7:56 - August 20, 2018
Xəbər sayı: 3483701
Kenya həftənin ikinci günü Qurban bayramı edəcək, Ərəbistan isə Həcc mərasimi işıqlandırmaq üçün yeni informasiya portalı təsis edib.

İQNA-nın dünən üçün xəbərlərinin xülasəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kenya Səudiyyə Ərəbistana tabe olaraq Qurban bayramının həftənin ikinci günü, Avqust ayının21-də olacağını elan edib. Bu barədə Kenya Müsəlmanlarının Ali Dini Şurası və Nayrubi şəhərinin Cümə namazı dəftərxanası məlumat yayıb. 3739834

 

İran İslam Respublikasının rəsmi təqviminə əsasən sabah, həftənin ikicni günü, 21 Avqust 2018-ci il Ərəfü günü və Avqustun 22-də Qurban bayramıdır.

  

Səudiyyə Ərəbistanı bu ilin Həcc mərasimini işıqlandırmaq üçün yeni sayt təsis etmişdir. Bu saytı qarşıdakı lindkə izləyə bilərsiniz: https://hajj.media.gov.sa

Sayta Həcc mərasimi əməllərinin qaydaları da izah edilmişdir. Bu sayta indiyədək müxtəlif yerlərdən bir milyon beş yüz min nəfər baş çəkib.

Bundan əlavə Səudiyyə Ərəbistanı Həcc mərasiminin xəbərlərini 19 peyk kanalından müxtəlif dillərdə də yayımlayır. 3739682

Kenyanın ONLİNE İSLAM UNİVERSİTETİ tələbə qəbuluna başlayıb. Hazırda bu virtual universitetdə dünyanın 180 ölkəsindən 220 min tələbə təhsil alır. Universitetin mərkəzi idarəsi Qətərdə, tədqiqatlar və təlim bölməsi isə Amerikadadır. 3739689

 

Hacılar dünən səhər saatlarında tərviyə mərasimini yerinə yetirmək üçün Mina səhrasına yola düşüblər.

İraqda Quran sahəsində fəal olan medialara və Quran müəssisələrinin medida qrumlarına təlim kursları keçirilir. 

Əbu Cada İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə "İslam və məsihyyət arasında dialoq" toplantısı keçirilir.

Cari ilin payız aylarında Gürcüstanda məzhəbi radikalizm ilə mübarizə adlı seminar keçiriləcək. Seminarda İranın bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsi də iştirak edəcək.

 

 

 

 

    

 

 

  

 

 

 

 

 

captcha