IQNA

İraq şiələri Trampın nümayəndəsinin səfərinə etiraz etdilər

9:44 - August 29, 2018
Xəbər sayı: 3483755
Trampın xüsusi nümayəndəsi "Brett Mc. Govern"in dünən, həftənin ikinci günü, 28 Avqust 2018-ci il, "Beynəlxalq Anti-İŞİD Koalisiyası"nın tərkibində İraqa səfər etməsi şiələrinetirazına səbəb olub.

İraq şiələri Trampın nümayəndəsinin səfərinə etiraz etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi "Brett Mc. Govern"in dünən, həftənin ikinci günü, 28 Avqust 2018-ci il, "Beynəlxalq Anti-İŞİD Koalisiyası"nın tərkibində İraqın paytaxtı Bağdada səfər etməsi bu ölkədə yaşayan şiələrin qəzəblənməsinə və etirazına səbəb olub.

Bundan əlavə Hadi Amirinin rəhbərlik etdiyi "Fəth" koalisiyası və Nuri Malikinin rəhbərlik etdiyi "Qanun Dövləti" koalisiyası da ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi "Brett Mc. Govern"in İraqa gəlməsinə etiraz ediblər.

İraqın prezidenti Fuad Məsum gələn həftə ərzində parlament iclasının çağırılmasını tələb etdib. Siyasi mənbələr də bunu əsas götürərək qeyd edirlər ki, Trampın nümayəndəsi bəzi siyasi koalisiyalara İraqda Amerikanın arzuladığı dövlətin qurulmasının sürətləndirilməsi barədə təzyiq edəcəkdir.

Xəbər mənbələrinin verdiyi məlumata əsasən, İraqın bəzi nüfuzlu şəxsiyyətləri və siyasi partiyalar  ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi "Brett Mc. Govern"in İraqa gəlməsinə etiraz olaraq onunla görüşməyəcəklər.   

http://iqna.ir/fa/news/3742280

Teqlər: iqna ، tramp ، İraq ، İŞİd
captcha