IQNA

Almaniyada Aşura barədə miniatür albom nəşr edildi – Foto

7:31 - September 06, 2018
Xəbər sayı: 3483796
İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə “İmam Hüseynin (ə) qiyamı barədə 40 miniatür məclis” adlı albom çap və nəşr edildi.

Almaniyada Aşura barədə miniatür albom nəşr edildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə “İmam Hüseynin (ə) qiyamı barədə 40 miniatür məclis” adlı albom çap və nəşr edildi.

Bu kitab Şah Mahmud Məhəmmədcanovun əsəridir ki, 2001-ci ildə Aşura qiyamını miniatür qələmlə təsvirə çəkmişdi və cari ildə Məhərrəm ayının yaxınlaşması münasibəti ilə İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Alman dilində çap və nəşr edildi.

“İmam Hüseynin (ə) qiyamı barədə 40 miniatür məclis” albomunu Almaniyanın “İslamica” nəşriyyatı çap və nəşr edərək kitab bazarına çıxarıb. Kitabın qiyməti 19 avrodur.

Albomda “Kufə əhlinin məktubları”, “İmamın (ə) Yezidə beyət etmək üçün Mədinə hakiminin sarayına çağırılması”, “Həzrət Abbasın (ə) Fərat çayına girməsi” və s… hadisələr miniatür rəssamlıqla səhnələşdirilib. http://iqna.ir/fa/news/3744183

 

انتشار چهل مجلس مینیاتور قیام حسینی در آلمان+عکس

انتشار چهل مجلس مینیاتور قیام حسینی در آلمان+عکس

انتشار چهل مجلس مینیاتور قیام حسینی در آلمان+عکس

انتشار چهل مجلس مینیاتور قیام حسینی در آلمان+عکس

انتشار چهل مجلس مینیاتور قیام حسینی در آلمان+عکس

captcha