IQNA

Kenyalılar İslami sığortadan istifadə edirlər

7:47 - September 06, 2018
Xəbər sayı: 3483797
Kenyanın “Sığortalar Birliyi”nin yaydığı məlumatda deyilir ki, “Takaful” İslami sığortası (AKİ) keçən il (2017) digər sığortalar arasında ən inkişaflısı olmuş və sürətlə yayılmışdır.

Kenyalılar İslami sığortadan istifadə edirlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Kenyanın İslami sığortası keçən ildə ondan öncəki ilə nisbətə gözəçarpacaq dərəcədə artmış və inkişaf etmişdir.

Kenyanın “Sığortalar Birliyi”nin yaydığı məlumatda deyilir ki, “Takaful” İslami sığortası (AKİ) keçən il (2017) digər sığortalar arasında ən inkişaflısı olmuş və sürətlə yayılmışdır.

“Takaful İslam Sığortası” (AKİ) İslam şəriəti qanunları əsasında qurulmuş sığorta növüdür ki, 2016-cı ilin Yanvar ayından Kenyada digər ənənəvi sığortalara alternative olaraq istifadə edilir.

Keçən il (2017) Kenyada “Takaful İslami Sığorta” şirkətinin müştərilərinə ödədiyi sığorta haqqı rekord həddinə çataraq 254 milyon şilinq olmuşdur. Halbuki bu qərəm 2016-cı ildə təkcə 3 milyon 700 min şilinq olub.

Kenyanın “Takaful İslami Sığorta” şirkəti “Afirka Takaful İslami Sığorta”sının nəzdində fəaliyyət göstərir və bu ölkələrdə şəriət qanunları əsasında fəaliyyət olan yeganə sığortadır.

http://iqna.ir/fa/news/3744200

Teqlər: iqna ، kenya ، takaful ، islami sığorta
captcha