IQNA

19:00 - September 07, 2018
Xəbər sayı: 3483803
Rusiya federasiyasının Tatarıstan muxtar cümhuriyyətinin paytaxı Kazanda “Rusiya Müsəlamnlarının Beynəlxalq Kino Festivalı”nın 14-cü turu öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının Tatarıstan muxtar cümhuriyyətinin paytaxı Kazanda “Rusiya Müsəlamnlarının Beynəlxalq Kino Festivalı”nın 14-cü turu öz işinə başlayıb.

İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalının bu barədə verdiyi məlumata görə, festivalın açılış mərasimi cari həftənin üçüncü günü, 5 Sentyabr 2018-ci il, onlarla Rusiyadan və digər xarici ölkələrdən olan qonaqların, incəsənət və mədəniyyət adamlarının iştirakı ilə keçirilib.

Festivalın açılış mərasimində Tatarıstan respublikasının parlamentinin rəisi Fərid Məhəmmədşin Tatarıstanın prezidenti Rüstəm Minixanovun ismarıcını qiraət edib.

Qeyd edək ki, 57 ölkənin 960 film istehsalı ilə iştirak etdiyi bu festivalda İran İslam Respublikası da 4 filmlə iştirak edir.

Hazırda 14-cü turu keçirilən “Rusiya Müsəlamnlarının Beynəlxalq Kino Festivalı”nın birinci turunda 15 ölkə 40 film ilə iştirak etmişdir.   

İran İslam Respublikasının istehsal etdiyi “Kac” (Məhəmməd Hörmüzü), “Şokalat” (Mehdi Heydəri), “Səədin zeytun ağacı” (Əhməd Zairi) və “Sindibadın oğlanları” (Rza Hairi) filmləri festivalda ekran ediləcəkdir.  

Bir həftə müddətində keçiriləcək festivalın yarış hissəsində iştirak etmək üçün 30 ölkənin 65 filmi hakimlər heyəti tərəfindən uyğun hesab edilib.

http://iqna.ir/fa/news/3744353

Teqlər: kazan ، iqna ، iran ، kino festivalı
Ad:
E-poçt:
* Comment: