IQNA

13:00 - September 08, 2018
Xəbər sayı: 3483809
Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 1 fələstinli şəhid olub, 94 nəfər yaralanıb.

İsrail qüvvələri dinc aksiyaya odlu silahla hücum etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cümə günü Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 1 fələstinli şəhid olub, 94 nəfər yaralanıb.  

 
Maide.Az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Vəfa Yaqi məlumat verib.
 
"Rafah şəhərində bir fələstinli ölüb, 94 nəfər müxtəlif xəsarətlər alıb", — deyə Yaqi bildirib.
Onun sözlərinə görə, yaralılardan 37-si xəstəxanalara yerləşdirilib, digərlərinə isə həkimlər yerində tibbi yardım göstəriblər.
 
Qeyd edək ki,martın 30-dan etibarən start verilmiş Böyük Qayıdış yürüşü dinc aksiyalarında iyul ayının sonuna olan statistikaya əsasən, amansızlıqla öldürülmüş fələstinlilərin sayı təqribən 160 nəfər, yaralıların sayı isə 18 min nəfərdən çox təşkil edir. 
 
İşğalçı İsrail rejim əsgərləri tərəfindən öldürülənlərdən 23 nəfər yaşı 18-dən aşağı olan uşaq və yeniyetmələrdir, üç nəfər isə qadındır. Statistikaya əsasən xəsarət alanların 3279 nəfəri uşaq, 1553 nəfəri isə qadındır.
 
5 aydır davam edən aksiyalar zamanı 3 tibb personalı öldürülüb, 360-ı isə həqiqi güllə və zəhərli qaz səbəbilə xəsarət alıb, 69 təcili yardım maşınına ziyan dəyib.
 
Ad:
E-poçt:
* Comment: