IQNA

Pakistanda 16 metrlik əlyazma Quran nüsxəsi yazıldı

23:53 - September 08, 2018
Xəbər sayı: 3483812
Pakistanın Feysəlabad şəhərində Qurani-Kərimin əl ilə kitabət edilmiş böyük nüsxəsinin təqdimat mərasimi keçirilib. Quranın uzunluğu 16 metr və eni 2.5 metr (8 fut), çəkisi isə 32 kq.-dır.

Pakistanda 16 metrlik əlyazma Quran nüsxəsi yazıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Feysəlabad şəhərində Qurani-Kərimin əl ilə kitabət edilmiş böyük nüsxəsinin təqdimat mərasimi keçirilib.

Bu əlyazma Quranı kitabət edən İmtiyaz Heydərin iddiasına əsasən, bu Quran nüsxəsi əl ilə kitabət edilmiş ən böyük nüsxədir.

Feysəlabad da sərgiyə çıxarılan bu əlyazma Quran üç ay müddətində kitabət edilib. Uzunluğu 16 metr (51 fut) və eni 2.5 metrdir (8 fut). Quranın 32 kq. çəkisi vardır.

İmtiyaz Heydər deyir ki, bu Quranı kitabət etməkdə hədəfim xalqımı Qurana yaxınlaşdırmaqda təsirə malik olum.

http://iqna.ir/fa/news/3744803  

Teqlər: quran ، iqna ، əlyazma nüsxə ، kitabət
captcha