IQNA

9:00 - September 10, 2018
Xəbər sayı: 3483820
Sabah axşam Məhərrəm ayının birinci gecəsidir. İmamlarımız bu ayda matəmə qərq olar, İmam Hüseynə (ə) əza saxlayardılar. İmam Rza (ə) buyurur: "məhərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı."

Məsum imamlarımız mühərrəm ayı girəndə matəmə qərq olar, İmam Hüseynə (ə) əza saxlayardılar. İmam Rza (ə) buyurur: "məhərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı." 

Məhərrəm ayının gəlişi münasibəti ilə İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) olaraq, başda İmam Zaman (ə.f) olmaqla bütün Əhli-beyt (ə) davamçılarına və dünyanın azadlıqsevər Hüseynçi (ə) əzadarlarına dərin hüznlə təsliyət deyirik.

Möhtərəm oxucularımızdan xahiş edirik ki, bu müqəddəs ayın və onun ardınca gələn səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən çəkinsinlər, Həzrət Peyğəmbərin (s), xanım Fatimənin (s.ə) və 12 imamın (ə) ruhunu incidəcək hərəkətlərə yol verməsinlər. Bu iki ayda toy, nişan, ad günü və şadlıq məclisləri keçirmək, belə məclislərdə iştirak etmək, şən musiqiləri dinləmək Əhli-Beytə (ə) hörmətsizlikdir.

Məhərrəm ayının gəlişi münasibəti ilə Seyid Həsən Amulinin səsləndirdiyi sinəzən mərsiyəni oxucularımıza təqdim edirik:

 

Ətri gəlir Məhərrəmin - Hər yerə qarə çəkdilər

Fatimə (s) nohə başladı - Göylərə qarə çəkdilər

Səslüyür Sahibəz-Zəman - Sinəzənani aləmi

Qarə libasüzü geyün - Gəldi Hüseyn (ə) məhərrəmi

Verdi nişan mələklərə - Fatimə (s) qanlı köynəyi

Qanə Hüseyni az qalur - Əhli-sitəm boyandura

Kufə rəiyyəti gəlür - Xeymeyi-şahi yandura

Başları nizəyə vura - Sinədə at dolandura

Xeymə-sərayi itrəti- Heydərə qarə çəkdilər

Ah o zamandan istədi – Şirmi kəsə Hüseyn (ə) başın

Təllidə Zeynəb ağladı – səslədi dadə qardaşın

Geydi yenə Hüseynilər – Pirəhəni əzaləri

Əbri bəhari tək dolub – gözləri aşinaləri

Şəhərləri dolaşdı vay – ana vay, nəvaləri

AUDİO ENDİR - Məhərrəmin ətri gəlir

 

Ad:
E-poçt:
* Comment: