IQNA

BMT Myanma dövlətini jurnalistlərə qarşı repressiya amili adlandırıb

11:17 - September 12, 2018
Xəbər sayı: 3483834
Birləşmiş Millətlər Təşkilatının insan haqları ofisi Myanmada hərbi və dövlət rəsmilərinin müstəqil jurnalistlərə qarşı repressiyaların amili olduğunu bildirib.
Röytersin verdiyi məlumata görə,  BMT ofisi dünən bir bəyanatda bildirib: Myanmada hərbi və dövlət rəsmiləri müstəqil jurnalistlərə qarşı repressiyalar üçün "siyasi kampaniya" həyata keçiriblər.

Bəyanatda deyilir: Myanma rəsmilərinin çoxu müstəqil jurnalistləri anlaşılmaz və təfərrüatı bəlli olmayan qanunlara istinadla həbs edirlər. 

BMT insan haqları ofisi öz b əyanatında Myanma məhkəmə aparatının Röytersin iki müxbirinə qarşı hərəkətlərini mediyalara qarşı məhkəmə təzyiqlərinin nümunəsi adlandırıb. 

Myanmada bir məhkəmə Röytersin iki müxbiri Va Lone və Kyav Su Oo-ya qarşı 7 il həbs cəzası verib.
 
Röytersin müxbirləri 2017-ci il dekabr ayında Myanma ordusunun Ruhinca müsəlmanlarına qarşı cinayətləri barədə çəkdiklər videoları daşıyarkən həbs ediliblər. 

Mənbə: Sahartv
Teqlər: bmt ، myanma ، iqna ، müsəlman ، quran
captcha