IQNA

13:15 - September 12, 2018
Xəbər sayı: 3483837
Pakistanın insan haqları naziri Şirin Məzari Səudiyyə Ərəbistanının Yəməndə məzlum xalqa qarşı cinayət törətdiyini açıqlayıb.

Pakistan Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını cinayət adlandırdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Pakistanın insan haqları naziri Şirin Məzari Səudiyyə Ərəbistanının Yəməndə məzlum xalqa qarşı cinayət törətdiyini açıqlayıb.

O, açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı rəhbərliyi bu günə qədər Yəməndə müdafiəsiz qadınları, qocaları və uşaqları öldürüb.

“Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəməndəki cinayətlərinə son verməlidir”, - deyə Şirin Məzari diqqətə çatdırıb. Şirin Məzari qeyd edib ki, İslam ölkələri aralarındakı problemləri həll etmək üçün ABŞ və Qərbə yox bir-birilərinə müraciət etməlidirlər.

Mənbə: http://eastnews.az/news/28618

Teqlər: iqna ، pakistan ، yəmən
Ad:
E-poçt:
* Comment: