IQNA

16:15 - September 12, 2018
Xəbər sayı: 3483839
İraqın Kərbəla şəhərində yaşayan əlli üç yaşlı Hüseyn Səhran Yəsari adlı kişi gözlərinin işığını və görmə gücünü itirsə də Quran-Kərimin yazısını görə və oxuya bilir.

Təkcə Quranın yazısını oxuyan korİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yaşayan əlli üç yaşlı Hüseyn Səhran Yəsari adlı kişi gözlərinin işığını və görmə gücünü itirsə də Quran-Kərimin yazısını görə və oxuya bilir.

İraqın Kərbəla şəhərində yaşayan əlli üç yaşlı Hüseyn Səhran Yəsari  Qurani-Kərimin yazılarından başqa heç bir şeyi görmür. O, Quran ayələrini heç bir çətinlik olmadan rahat görə və oxuya bilir.

Hüseyn Səhran Yəsari  görmə gücü 2004-cü ildə tədricən zəifləməyə başlayır. Bir neçə ay ərzində isə onun gözləri tamamilə tutulur. Amma buna baxmayaraq Qurani-Kərimin bir cüzini bir dəfəyə heç bir çətinlik olmadan oxuya bilir.

Yəsari bundan əlavə Quran elmlərini də öyrənib və hazırda Kərbəlada İmam Mehdi (ə) adına Quran müəssisələrindən birinin Quran evinin rəhbəridir. Həmçinin Kərbəlanın qərbində yerləşən Hürrüs-Səğir rayonunda Quran ustadlarından biridir.  

http://iqna.ir/fa/news/3745951

Teqlər: Quran hafizi ، iqna ، İraq
Ad:
E-poçt:
* Comment: