IQNA

İsrail qüvvələri kəndə gedən yolu bağladı

17:55 - September 14, 2018
Xəbər sayı: 3483858
İşğalçı İsrail qüvvələri, Fələstinin işğal olunmuş ərazilərində,  Qüds yaxınlığında fələstinli bədəvilərin yaşadığı, və Han əl-Əhmər bölgəsinə gedən yolları bağlayıb.

İsrail qüvvələri kəndə gedən yolu bağladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı İsrail qüvvələri, Fələstinin işğal olunmuş ərazilərində,  Qüds yaxınlığında fələstinli bədəvilərin yaşadığı, və Han əl-Əhmər bölgəsinə gedən yolları bağlayıb.

Maide.Az "dunyabulteni"ə istinadla xəbər veri rki, yolun bağlanmasına etiraz edən fələstinlilər və İsrail qüvvələri arasında gərginlik yaranıb. Çox sayda əskərin olduğu kənd yolunda xalqla işğalçı qüvvələr arasında qarşıdurma yaşanıb.

Ötən həftə İsrail Ali Məhkəməsi kəndin dağıdılmasına qərar vermişdi.  İsrail qüvvələri, yəhudi mühacirlərə yeni yaşayış yerləri yaratmaq üçün fələstinliləri bölgədən çıxartmaq istəyir.

Fələstinli kəndlilərin yaşadığı yer təqribən 15 kilometrlik bir ərazini əhatə edir.  İsrail tərəfindən bölünmüş olan Fələstinin, Qərbi Şəriə bölgəsinin də iki yerə bölünməsinin gündəmdə olması haqda söhbətlər gedir.

Teqlər: iqna ، fələstin ، israil ، sionist
captcha