IQNA

17:26 - September 15, 2018
Xəbər sayı: 3483867
Atası İmam Hüseyn (ə) onun haqqında buyurmuşdur: “Səkinə Allah-taalada məhv və fənadır”. Digər yerdə İmam buyurmuşdur: “O evi sevirəm ki, orada Səkinə və Rübab ola”.

Xanım Səkinə (ə) - Aşura məktəbində ədəbi yaradıcılığın rolu və günümüzdəki problemlərXanım Səkinə kamillik zirvələrinin bütün istiqamətlərini fəth etmiş və atasının sevimlisi olan təqvalı xanım idi. Təqvası ilə yanaşı, yüksək elm, fəsahət və bəlağət sahibi idi. Xanımın əsl adı Aminədir, anası Rübab tərəfindən Səkinə adlandırılmışdır. Əziz ata və anasının nurani tərbiyəsilə yanaşı, bibisi Həzrət Zeynəbin (s) tərbiyəsindən bəhrələnmişdir. Əziz qardaşı Həzrət İmam Səccadın (ə) nurani hüzurundan da öz növbəsində yetərincə bəhrələnmişdir.

Atası İmam Hüseyn (ə) onun haqqında buyurmuşdur: “Səkinə Allah-taalada məhv və fənadır”. Digər yerdə İmam buyurmuşdur: “O evi sevirəm ki, orada Səkinə və Rübab ola”.

Mərhum Namazinin hədis və rical sahəsində apardığı tədqiqatda Xanım Səkinə (ə) ilə bağlı aşağıdakı məlumat qeyd olunmuşdur: “Səkinə (ə) xanım Bəni-Haşimin əqiləsi idi və gözəl həyat yoluna malik idi. O, fəzilət və elm sahibi, zəngin hikmət və kəramət sahibi, kamil ağıla, yüksək əxlaiq keyfiyyətlərə, ali və fəxr olunmalı məziyyətlərə malik idi. O öz dövrünün sərvəri, ən gözəli, ən zərifi və ən əxlaqlısı idi.”

Xanım Səkinə Quranşünas, fiqh üzrə mütəxəssis, hədis ravisi kimi öz elmi töfhəsini verməklə yanaşı, şeiriyyat və ədiblikdə də yüksək bacarığa malik idi. Aşura şahidi xanım Səkinənin bu ədəbi özəlliyinin üstündə xüsusi dayanmaq istəyirəm və günümüzdəki mövzu ilə bağlı problemlərə toxunmağı borc bilirəm.


Məddahlıq və mərsiyəxanlıq sənətini incəsənətin bir növü hesab etmək olar. Gözəl səsli, istedadlı məddahlar hansısa bir tarixi vaqiəni obrazlı, bədii formada bəyan edərək insanları maarifləndirir, onlarda mübarizə ruhu yaradır, onları dürüstlüyə, güzəştə, fədakarlığa, Əhli-beyt (ə) xəttində olmağa sövq edirlər. İncəsənətin böyük təsirini nəzərə alsaq, məddahların bu işinin həddindən artıq dəyərli və təqdirəlayiq olması aydın olur.


Amma bütün bunlarla yanaşı bugünkü məddahlıq sənətində bəzi nöqsanlar da mövcuddur ki, onları aradan qaldırmaq, təbii ki, bu müqəddəs yolun daha da təsirli, faydalı olmasına səbəb olar.

Bildiyimiz kimi, məddahlıq və ya rövzəxanlıq əsasən, gözəl səs, şeir və hansısa təbii hərəkətlərlə dinləyiciləri vəcdə gətirmək əsasında formalaşıb. Yəni ən yaxşı, mahir məddah, mərsiyəxan odur ki, səsdən, şeirdən və bəzi təbii hərəkətlədən ən yaxşı formada istifadə etməyi bacarır.

Bəzən də məsələlər xoşagəlməz hala çevrilir və məcrada davam edir. İllərlə təkrar-təkrar eyni mərsiyəyə sinə vurduqdan 10-15 il sonra öyrənirsən ki, həmin adda nə Kərbəlada şəxs olmayıb, nə də imamın bu adda yaxını olmayıb. Düşündürücü məsələlərdən biri də budur ki, bu günki məclislərin çoxu moizə - zikri müsibət - rövzə - mərsiyə sistemi ilə davam edir. Və bu məclislərdə bəzən minbərlərdən çıxış edənlər qarşı tərəfin emosiyalarına təsir etmək üçün "zəhər" qatırlar. Bu hal daha çox rövzələrdə özünü göstərir. Yalandan ağlamalar, içini çəkib inildəmələrin yanına bir də bu Kərbəla ilə bağlı qeyri dəqiq informasiyalarla dolu rövzələri əlavə etsək məzhəb adına ümumi vəziyyətin ürəkaçan olmadığını görərik.

Axı rövzəyə qulaq asarkən mətn özəlliyi məntiqi uyğunluq da tapmalıdır. Rövzə nağıl danışmaq deyil. Rövzə seçimində, mərsiyə seçimində mətn, sözlər dərin məzmunlu olmalıdır. Nəinki mikrofonun uğultusuna qarışmış mərsiyəyə sinə ritmi tutmaq. Əzadarlıqda məqsəd məgər səsucaldanlardan gələn mərsiyəyə sinə vurmaqla ritm bəstələməkdir? Əlbəttə xeyr!


Amma bütün bunlara rəğmən müsbət hallar da var. Əvvəllər bizim məddah və mərsiyəxanlar oxuduqları surud, rövzə və mərsiyələrdə İran məddahlarının həm səs tembrini, boğazlarını həm də əl hərəkətlərini olduğu kimi yamsılayırdılar. Kənardan eybəcər göründüyünü anladıqlarının bu gün fərqinə varmaq olar. Artıq Məhərrəm məclislərində və digər məclislərdə bu hallara rast gəlmək olmur, qalıbsa da çox az qalıb. 

Allah bizlərə tər-təmiz, təhrifsiz, "zəhər"siz məclislərdə xidmət etməyi, bu məclislərdən feyz almağı Xanım Səkinəyə xatir nəsib eləsin!

İQNA / Kerbela.info

Ad:
E-poçt:
* Comment: