IQNA

Misrili Quran ustadı maaşının yarısını kilsəyə bağışladı

23:01 - September 23, 2018
Xəbər sayı: 3483924
Misrli Quran müəllimi məsihi və xristian bir iş adamının məscidin tikilməsində göstərdiyi maddi yardımın qarşılığında öz aylıq hüququnun yarısını kilsəyə bağışladı.

Misrili Quran ustadı maaşının yarısını kilsəyə bağışladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrli Quran müəllimi məsihi və xristian bir iş adamının məscidin tikilməsində göstərdiyi maddi yardımın qarşılığında öz aylıq hüququnun yarısını kilsəyə bağışladı.

Misrin “Minya” şəhərinin mənzil istismar idarəsinin ümumi əlaqələr şöbəsinin müdiri və Quran müəllimi Üsamə Məhəmməd Nəcib öz aylıq hüququnun yarısını xristian kilsəsinə bağışladığını xəbər verib.

O deyib: Eşitdim ki, bir xirsitan iş adamı və podratçı Misrdə bir məscidin tikilməsi üçün 200 min Misr pondu xərcləyib. Mən də Qurani-Kərimin «هل جزاء الاحسان الا الاحسان» “yaxşılığın əvəzi yaxşılığdan başqa bir şeydirmi?” ayəsinə əməl edərək aylıq hüququmun yarısını kilsəyə bağışlamaq qərarına gəldim.      

http://iqna.ir/fa/news/3749075

Teqlər: kilsə ، keşiş ، xristian ، quran müəllimi ، iqna ، minya
captcha