IQNA

Nyu-Yorkda “müsəlman günü” mərasimi keçirildi

10:35 - September 25, 2018
Xəbər sayı: 3483940
Amerikanın Nyu-York şəhərinin “Münheten” rayonunda “müsəlman günü” mərasimi münasibəti ilə yüzlərlə müsəlman piyada yürüş ediblər.

Nyu-Yorkda “müsəlman günü” mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin bazar günü, 23 Sentyabr 2018-ci il, Amerikanın Nyu-York şəhərinin “Münheten” rayonunda “müsəlman günü” mərasimi münasibəti ilə yüzlərlə müsəlman piyada yürüş ediblər.

Zöhr namazından sonra başlayan bu mərasimdə onlarla müsəlman və qeyri-müsəlman ölkənin, o cümlədən Nigeriya, Dominiken,  Hindistan və sair, bayraqlarını daşıyan müsəlmanlar yürüş keçirərək İslami cəmiyyətlərin dünya səviyyəsində əhatə etdiyi genişliyi göstəriblər.  

Mərasim təşkilatçılarından biri olan Məhəmməd Malik bu ilki mərasimin şüarının “hamı üçün rəhmət” olduğunu deyərək bildirib ki, bu şüarı səsləndirməkdə hədəfimiz müsəlmanların bütün dinlərin ardıcılları arasında sülh və dostluq əlaqələrinin yaradılmasının tərəfdarı olduğunu elan etməkdir.

Uşaq yaşlarından ailəsi ilə birlikdə Nyu-Cersidən Nyu-Yorka gələrək bu mərasimdə iştirak edən Məyəm Muliç deyib: Bu mərasim göstərir ki, müsəlmanlar öz dinləri ilə fəxr edirlər. Bu mərasim mədəni bir fenomendir, ailəvi kimliyimizin bir hissəsidir və İslam barəsində yanlış düşüncələrin məhv edilməsinə səbəb olacaqdır.

Qeyd edək ki, 1985-ci ildən keçirilən bu mərasim 2001-ci ilin Sentyabr hadisələrindən sonra ləğv edilmişdi. Sonrada bərpa edilən mərasimə qatılanların sayı Trampın yaratdığı anti-İslam atmosferdə azalıb.Amerika müsəlmanlarının mədəni və dini irsinə çevirilmiş bu mərasim qeyd edən Nyu-York müsəlmanları on il çalışdıqdan sonra dövlət rəsmilərini 2015-ci ildə İslami bayramların ümumi tətil edilməsinə razı salmışdılar.  

http://iqna.ir/fa/news/3749590    

captcha