İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misr respublikasının prezidenti Əbdülfəttah Sisi və İordaniyanın padşahı Məlik Abdullah dünən, həftənin ikinci günü, 25 Sentyabr 2018-ci il, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Baş Məclisinin Nyu-Yorkdakı toplantısının haşiyəsində görüşüblər.
Tərəflər bu görüşdə iki ölkə arasında müştərək və ortaq münasibətlərin gücləndirilməsi barədə müzakirə ediblər.
Həmçinin görüşdə region məsələləri, o cümlədən Suriya, Liviya və Yəmən böhranı, bölgədəki terrorist təşkilatlarının yaratdıqları problemlərdən danışıblar.
Qeyd edək ki, BMT -nin (Birləşmiş Millətlər Təşkilatı) baş assambleyasının 73-cü iclası dünən, həftənin ikinci günü, 25 Sentyabr 2018-ci il, Nyu-Yorkda öz işinə başlayıb.
http://iqna.ir/fa/news/3750245