IQNA

Din alimlərinin dialoqu dindarlar arasında anlaşmaya zəmin yaradır

8:57 - October 08, 2018
Xəbər sayı: 3484013
"İslam və Məsihiliyin (xristianlıq) din alimlərinin dialoqu dinlərin davamçıları arasında anlaşma və anlayışa zəmin yaradır. Dinlər və dinlərin davamçıları arasında yanlış önfərzləri aradan qaldırır".

Din alimlərinin dialoqu dindarlar arasında anlaşmaya zəmin yaradırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pablito Baybado Junior Filippinin paytaxtı Manil şəhərinin "Santo Thomas" katolik ilahiyyatı universitetinin ustadıdır. Bu universitet Vatikana tabedir və universitetin rəisini birbaşa Papa özü təyin edir.       

Məsihi (xristiyan) ilahiyyatçısı Pablito Baybado Junior bu universitetdə "xristiyan dini ilahiyyatı" və "xristian dini fəlsəfəsi" dərslərini tədris edir. O, tədrisdən əlavə dinlər arası dialoq kimi elm-mədəni sahələrdə də aktivdir.

Pablito "Din Asiyada Sülh Üçün Təşkilatı"nın ("Religions for Peace Asis") rəisidir. Bu təşkilatda Asiyanın 25 ölkəsi üzvdür. O, həmçinin Asiya Piskoposları Assosiasiyasının təhsil üzrə baş direktoru və Asiyanın katolik piskoposlarının işi üzrə məsul işçidir.

Pablito Baybado Junior bir neçə ildir ki, İran İslam Respublikasının Manildəki Mədəniyyət Mərkəzi ilə həmkarlıq edir. İndiyədək iki dəfə İrana səfər etmişdir. Hazırda da "Şiə dinlər və məzhəblərdə yeri" adlı elmi araşdırması ilə bağlı İranda səfərdədir.

O, bu səfərə İslami Təbliğat və Əlaqələr Təşkilatının "elmi həmkarlıqlar idarəsi"nin təşəbbüsü və İran İslam Respublikasının Manildəki Mədəniyyət Mərkəzinin həmkarlığı ilə gəlmişdir.  

O, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində müxtəlif dini mövzularda, o cümlədən dinlərarası fəaliyyətlərdən danışdı.

Pablito şiə məzhəbi və İran ilə tanışlığı barədə dedi: Bir dəfə (2006) Papa 16-cı Bendiket Almaniyada dinlər arasında qalmaqal yaradan    bir çıxış etdi. Həmin zaman İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri Mərkəzi bu mövzu ilə əlaqədar toplantı təşkil etmişdi. Mən də həmin toplantıda iştirak etdim və İran və şiə məzhəbi ilə ilk tanışlığım da buradan başladı.

Əlbəttə həmişə kimlərsə İran İslam Respublikası və şiəlik barədə mənfi baxış yaratmaq və yaymaq istəyir və bu məsələdə medianın nüfuzu və rolu çoxdur. İlk dəfə 2012-ci ildə İranda səfərdə oldum. Həmin il Qum şəhərindəki "Din və Əxlaq" adlı konfransda "Məsihilik əxlaqı" adlı məqalə ilə çıxış etdim. Mən İrana gəlməmişdən öncə məndən soruşurdular ki, İrana getməkdən qorxmursan? Və bu göstərir ki, İran barədə mənfi düşüncələr hətta elm ocaqlarına da sirayət etmişdir.

Bu mənfi baxışın iki əsas səbəbi vardır: Birincisi məsələ barədə məlumatsızlıq, ikincisi isə yanlış mənfi önfərzlərdir. Bu məsələnin həlli üçün iki xalqın din alimləri və mədəniyyət aktivistləri iki ölkə arasında elmi və mədəni səfərləri çoxaltmalı, Filippin alimləri, elm və mədəniyyət alimləri İran səfər etməlidir. Bundan sonra zehnlərdə formalaşmış mənfi düşüncələr və önfərzlər ortadan götürüləcəkdir.

Manilin Katolik İlahiyyat Universitetinin ustadı İQNA ilə müsahibəsində əlavə etdi: "İslam və Məsihiliyin (xristianlıq) din alimlərinin dialoqu dinlərin davamçıları arasında anlaşma və anlayışa zəmin yaradır. Dinlər və dinlərin davamçıları arasında yanlış önfərzləri aradan qaldırır".  

Pablito Baybado Junior Filippinin paytaxtı Manil şəhərinin "Santo Thomas" katolik ilahiyyatı universitetinin ustadı İran xalqı barədə təəssüratlarını bölüşərək vurğuladı: İranın hər bir yerində dinin xalqın ictimai və fərdi həyatında nüfuzunu və təsirini müşahidə etmək olur. Din insanların geyim tərzi, söhbət etməsinədək təsir qoymuşdur. Dindarlıq İranda təkcə məsciddə xülasə olmur. Din hər yerdə görünür. İnsanların ictimai yaşam tərzinin bir hissəsidir. Bir ölkədə dinin insanların şəxsi və ictimai cəhətləri arasında əlaqə yaratması diqqətə layiqdir.    

http://iqna.ir/fa/news/3752425

گفتگو زمینه¬ساز شناخت و تفاهم پیروان ادیان

گفتگو زمینه¬ساز شناخت و تفاهم پیروان ادیان

Teqlər: iqna ، filippin ، İİr ، məsihilik ، xrsitianlıq
captcha