IQNA

Dəməşqin muzeyi yenidən açılacaq

22:16 - October 14, 2018
Xəbər sayı: 3484055
Suriyanın Mədəniyyət Nazirliyi Dəməşqin milli muzeyinin ölkənin Turizm nazirliyinin həmkarlığı ilə Oktyabr ayının 28-də yenidən açılacağını xəbər verib.

Dəməşqin muzeyi yenidən açılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın Mədəniyyət Nazirliyi Dəməşqin milli muzeyinin ölkənin Turizm nazirliyinin həmkarlığı ilə Oktyabr ayının 28-də yenidən açılacağını xəbər verib.

Suriyanın Mədəniyyət Nazirliyi rəsmi informasiya portalında bu barədə yazır: Dəməşqin milli muzeyi "muzeylərin həqiqəti, onların milli birliyi yaratmaqda rolu" adlı beynəxlaq seminar keçirilərkən yenidən istifadəyə veriləcək.

Bu beynəlxalq seminarda Suriyanın və digər ölkələrin arxeologiya alimləri və mədəni irsin mütəxəssisləri iştirak edəcəklər.

Dəməşqin milli muzeyi bu şəhərin qərbində yerləşir. Bu muzeydə Suriyanın 20-ci əsrdə tapılmış ən qədim mədəni isrləri, qədim mədəni tapıntılar, klassik (yunan, rumuniya və bizans) əsərlər saxlanılır. Muzeyin İslami və Ərəb mədəniyyət əsərləri və müasir incəsənət nümunələri bölmələri də vardır.

Qeyd edək ki, bu muzey 2012-ci ildə Suriyadakı böhranlara görə bağlanmışdı.

http://iqna.ir/fa/news/3755578

Teqlər: iqna ، muzey ، suriya
captcha