IQNA

Hindistanda Peyğəmbərin (s) vəfatı mərasimi keçiriləcək

9:53 - November 06, 2018
Xəbər sayı: 3484123
Dehlidə yaşayan müsəlmanlar IIR-nın Mədəniyyət Mərkəzində Həzrət Məhəmmədin (s) vəfatı, Həzrət İmam Həsənin (ə) və İmam Rzanın (ə) şəhadətinin il dönümü münasibəti ilə əzadarlıq mərasimi keçirəcəklər.

Hindistanda Peyğəmbərin (s) vəfatı mərasimi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Yeni Dehli şəhərində yaşayan müsəlmanlar və Əhli-Beyt (ə) aşiqləri İran İslam Respublikasının Mədəniyyət Mərkəzində əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, Həzrət İmam Həsənin (ə) və İmam Rzanın (ə) şəhadətinin il dönümü münasibəti ilə əzadarlıq mərasimi keçirəcəklər.

Noyabr ayının 6-dan 8-dək keçiriləcək əzadarlıq mərasimlərində "Vəliyyi-Fəqih"in Hindistandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Mehdi Məhdəvipur İmam Həsənin (ə) həyatı və şəxsiyyəti, Höccətul-İslam vəl-müslimin Abbas Pəsəndidə Həzrət Peyğəmbərin (s) əxlaqi sirəsi və Höccətul-İslam vəl-müslimin Məsud Azərbaycani İmam Rzanın (ə) tərbiyəvi və əxlaqi sirəsi barədə söhbət edəcəklər.

İran İslam Respublikasının Yeni Dehlidəki Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, Höccətul-İslam vəl-müslimin Abbas Pəsəndidə və Höccətul-İslam vəl-müslimin Məsud Azərbaycani əzadarlıq mərasimində öncə həmin mərkəzdə psixoloji müşavirə verəcəklər.

http://iqna.ir/fa/news/3761743

captcha