IQNA

Məscidun-Nəbidə milli Quran və Hədis yarışları başlayıb

22:15 - November 06, 2018
Xəbər sayı: 3484127
Səudiyyə Ərəbistanın Hicaz bölgəsinin Mədinə şəhərində yerləşən Peyğəmbər (s) məscidində (Məscidun-Nəbi) milli Quran və Hədis yarışları başlayıb.

Məscidun-Nəbidə milli Quran və Hədis yarışları başlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 5 Noyabr 2018-ci il, Səudiyyə Ərəbistanın Hicaz bölgəsinin Mədinə şəhərində yerləşən Peyğəmbər (s) məscidində (Məscidun-Nəbi) milli Quran və Hədis yarışları başlayıb.

Ərəbistanın milli Quran və Hədis yarışları ölkənin müxtəlif regionlarından olan 80 nəfər yarışçının iştirakı ilə öz işinə başlayıb.

Hər il keçirilən bu yarışların hədəfi cavanların Quran və Hədis maarifini öyrənməsinə, Quran ayələri və hədisləri əzbərləməklərinə sövq edilməsidir.

Bu yarışlar iki səviyyədə keçirilir. Birinci səviyyədə yarışçılar Qurani-Kərimin 15 cüz təcvidlə hifzi, 10 cüz təcvidlə hifzi və 5 cüzin təcvidlə hifzi üzrə rəqabət aparırlar. İkinci səviyyədə isə Peyğəmbərin (s) hədislərinin hifzi üç səthdə keçirilir.

http://iqna.ir/fa/news/3762040

 

Teqlər: quran ، hədis ، iqna ، mədinə
captcha