IQNA

ABŞ-da ilk dəfə: Nümayəndələr palatasında iki müsəlman qadın

15:15 - November 07, 2018
Xəbər sayı: 3484130
ABŞ-da Konqresə keçirilən aralıq seçkilər başa çatıb. ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar partiyası Senat seçkilərində qalib gəlib.

ABŞ-da ilk dəfə: Nümayəndələr palatasında iki müsəlman qadınİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-da Konqresə keçirilən aralıq seçkilər başa çatıb. ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar partiyası Senat seçkilərində qalib gəlib.

Demokratlar isə Nümayəndələr Palatasına seçkilərdə yüksək nəticə göstəriblər. Respbulikaçılar Senatda 50 yer, demokratlar isə 41 yer qazanıb. Nümayəndələr Palatasında isə bu rəqəm 197 və  238 olaraq dəyişir. 
 
Bu dəfə Nümayəndələr palatasına daxil olanlar arasında iki müsəlman da var. Belə ki, ABŞ-ın Miçiqan və Minnesota ştatlarından seçkilərə qatılan Fələstin əsilli Raşida Tlaib və Somalidən olan Ilhan Omar Nümayəndələr palatasına daxil olan ilk müsəlman qadınlar olublar. Seçilən xanımlardan biri hicablıdır.  
 
ABŞ prezidenti Donald Tramp da artıq seçki ilə bağlı ilk açıqlamasını verib. "Bu gecə möhtəşəm bir uğur idi. Hər kəsə təşəkkür edirəm". /maide.az/
 
captcha