İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna şəhərində tarixi 6 yüz il öncəyə qayıdan əlyazma Qurani-Kərim nüsxəsi təmir və bərpa edilir.
Həmin nüsxə təmir və bərpa məqsədi ilə həftənin üçüncü günü (7 Noyabr) Yəmin "Darul-Məxtutat" (əlyazma nüsxələr evi) idarəsindən paytaxt Səna şəhərinin "Şöəb Sosial İnkişaf Müəssisəsi"nə gətirilib.
"Şöəb Sosial İnkişaf Müəssisəsi"nin rəisi bu Qurani-Kərim nüsxəsinin İslam mədəniyyəti tarixinin ən qiymətli xəzinələrindən biri olduğuna işarə edərək deyib: Bizim müəssisəmiz müxtəlif əlyazma nüsxələrin, o cümlədən də bu Quran nüsxəsinin yenidən təmir və bərpa işləri ilə məşğul olmaq gücünə malikdir.
O əlavə edib: Biz ölkənin Mədəniyyət Nazirliyi ilə mövcud müqaviləmiz əsasında bu Quran nüsxəsini dəqiq və elmi metodlarla, bir neçə mərhələdə mütəxəsislər qrupu tərəfindən təmir və bərpa edəcəyik.