IQNA

Məşhədə 3.5 milyondan çox zəvvar daxil olub

16:25 - November 08, 2018
Xəbər sayı: 3484136
Səfər ayının son matəm günlərini Məşhəddə keçirmək üçün gələn zəvvarların sayı 3 milyon 525 min nəfəri keçib.
Məşhədə 3.5 milyondan çox zəvvar daxil olubİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səfər ayının son matəm günlərini Məşhəddə keçirmək üçün gələn zəvvarların sayı 3 milyon 525 min nəfəri keçib.  
Maide.Az “TasnimNews” a istinadla xəbər verir ki,  bunu Xorasan-Rəzəvi əyalətinin Zəvvarların Rifah İşləri İdarəsinin direktoru Mehdi Furuzan deyib
Onun sözlərinə görə, piyada Məşhəd şəhərinə səfər edənlərin sayı isə 365  min nəfərdən çoxdur. 
Qeyd edək ki, ötən il  401 min zəvvar piyada Məşhəd şəhərinə səfər etmişdi. 
Xatırladaq ki, hər il  29 səfər -  İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır. 
Teqlər: iqna ، təsnim ، məşhəd ، ziyarət ، səfər
captcha