IQNA

İraq beynəlxalq QƏSİDƏ yarışına dəvət edir

17:31 - November 10, 2018
Xəbər sayı: 3484148
İraq hər il mübarək Şəban ayı bayramları münasibəti ilə təşkil etdiyi "Şəhadət Baharı" beynəlxalq festivalının bu ilki mövzusunu elan edərək qələm əhlini festivalda iştirak etmək üçün dəvət edib.

İraq beynəlxalq QƏSİDƏ yarışına dəvət edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq hər il mübarək Şəban ayı bayramları münasibəti ilə təşkil etdiyi "Şəhadət Baharı" beynəlxalq festivalının bu ilki mövzusunu elan edərək qələm əhlini festivalda iştirak etmək üçün dəvət edib.

"Şəhadət Baharı" beynəlxalq festivalının bu ilki mövzusu İmam Hüseynin (ə) sirəsi, həyatı və Aşura qiyamının hədəfləri barədə QƏSİDƏ yarışıdır.

"Şəhadət Baharı" beynəlxalq festivalının keçirilmə komitəsinin üzvi Əli Kazim Soltan bu barədə deyib: Şairlər, qəsidə deyənlər və digər həvəskar qələm əhli İmam Hüseynin (ə) həyat və sirəsindən dəslər, Aşura qiyamının hədəfləri və Kərbəla hərəkatından alınan ibrətlər və dərslər və sair əlaqələri mövzularda yazdıqları əsərləri ilə "Şəhadət Baharı" beynəlxalq festivalında iştirak edə bilərlər.

O əlavə edib ki, qəsidənin beytlərinin 20-dən az və 40-dan çox olmamalıdır. Festivalda iştirak etmək istəyənlər əsərlərinin "word" faylını yaşadılqarı ünvan, təvəllüd tarixi və məkanı, telefon nömrəsi və e-mailləri ilə birlikdə festivalın keçirilməsi komitəsinə göndərməlidirlər.

Qəsidələr mövzu, dil və ədəbiyyat və bəlağət və fəsahət baxımından qiymətləndiriləcəkdir.

Daha çox məlumat əldə etmək istəyənlər aşağıdakı telefon nömrələləri ilə əlaqə saxlaya bilərlər:

+9647801863241

+9647801677644

İraqın hər il Şaban ayı bayramları münasibəti ilə keçirilən beynəlxalq "Şəhadət Baharı" festivalında dünyanın müxtəlif ölkələrindən elm və incəsənət əhli və dini şəxsiyyətlər iştirak edirlər.   

http://iqna.ir/fa/news/3762368  

captcha