IQNA

Şarcədə beynəlxalq kitab sərgisi keçirildi

10:26 - November 11, 2018
Xəbər sayı: 3484149
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şarcə şəhərində "Həriflərin dastanı" devizi ilə keçirilən 37-ci beynəlxalq kitab sərgisi dünən, həftənin Şənbə günü, 10 Noyabr 2018-ci il, öz işini yekunlaşdırıb.

Şarcədə beynəlxalq kitab sərgisi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şarcə şəhərində "Həriflərin dastanı" devizi ilə keçirilən 37-ci beynəlxalq kitab sərgisi dünən, həftənin Şənbə günü, 10 Noyabr 2018-ci il, öz işini yekunlaşdırıb.

Oktyabr ayının 31-dən Noyabr ayının 10-dək davam edən bu sərgidə dünyanın 77 ölkəsindən 1874 nəşriyyatçı iştirak edib.

Şarcənin 37-ci beynəlxalq kitab sərgisinin Hindistan nəşirləri bölməsində nümayiş olunan "Peyğəmbərlə (s) 365 gün" və "Qisəsul-Quran" (Quran dastanları) kitabları qeyri-müsəlmanlar tərəfindən maraqla qarşılanıb.   

Bu kitabların hər ikisi üç dildə: Hind, İngilis və Ərəb dillərində çap və nəşr edilmişdir.

Kitabların naşirinin dediyinə görə, bu kitablar Şarcə, Hindistan və Amerika kitab sərgilərindən həm müsəlmanlar və həm də qeyri-müsəlmanlar tərəfindən maraqla qarşılanıb və iki il ərzində "Quran dastanları" kitabının iki milyon nüsxəsi və "Peyğəmbərlə (s) 365 gün" kitabının 20 min nüsxəsi satılmışdır.  

http://iqna.ir/fa/news/3762670

Teqlər: iqna ، kitab ، sərgi
captcha